Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub
https://azeri.sahartv.ir/news/qafqaz-i364029-bu_il_gürcüstanda_274_nəfər_qİÇs_ə_yoluxub
Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatına görə, bu il ölkədə QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2020 16:00 Asia/Baku
  • Bu il Gürcüstanda 274 nəfər QİÇS-ə yoluxub

Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatına görə, bu il ölkədə QİÇS-ə 274 yeni yoluxma halı qeydə alınıb.

SaharAzeri Report-a istinadla xəbər verir ki, iyulun 2-nə olan məlumata əsasən, Gürcüstanda bu xəstəliyə yoluxanların ümumi sayı 8 376 nəfər təşkil edir. Onların 6 252-si kişi, 2 124-ü isə qadındır.

Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxildir. QİÇS 4 340 nəfərdə inkişaf edib, 1 705 pasiyent isə vəfat edib.

Yoluxma hallarının böyük hissəsi 3 029 olmaqla Tbilisinin payına düşür.  

QİÇS-ə yoluxan uşaqların sayı isə 116-dır. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqlar arasında bu xəstəlikdən 27 ölüm halı baş verib.