İyul 11, 2020 10:01 Asia/Baku
  • Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək.

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, İrəvan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir. Bu istiqamətdə Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək.

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı İrəvanın xarici siyasətində əsas prioritetləri kimi göstərilir.

 

Teqlər

Şərhlər