Qazaxıstan XİN Bakı və Yerevana müraciət edib
https://azeri.sahartv.ir/news/qafqaz-i364563-qazaxıstan_xİn_bakı_və_yerevana_müraciət_edib
Qazaxıstan Respublikası Azərbaycan-Ermənistan sərhədində insan tələfatı ilə nəticələnən silahlı insidentdən dərin narahatlıq ifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2020 02:41 Asia/Baku
  • Qazaxıstan XİN Bakı və Yerevana müraciət edib

Qazaxıstan Respublikası Azərbaycan-Ermənistan sərhədində insan tələfatı ilə nəticələnən silahlı insidentdən dərin narahatlıq ifadə edir.

SəhərAzəri xəbər verir, Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qazaxıstan XİN bildirib: "Bizə dost olan Azərbaycan Respublikası və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələləri güc yolu ilə həll etməkdən çəkinməyə çağırırıq. Pandemiyanın fonunda və dünyada sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda qarşıdurmanın dərinləşməsi nəticələri məlum olmayan mənfi nəticələrə gətirib çıxara bilər. İlk növbədə ikitərəfli formatda sülh və razılaşmanın teziliklə əldə ediləcəyinə ümid edirik. Münaqişənin BMT,ATƏT, MDB, AQEM kimi beynəlxalq təşkilatlar çərçivəsində dinc yolla həlli üçün hər cür yardım göstərməyə hazırıq".