İyul 17, 2020 10:59 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 34 mini ötdü

Ermənistanda daha 442 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, məlumatı Ermənistanin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 34 001-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 620-yə çatıb. İndiyədək 22 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 692 aktiv koronavirus xəstəsi var.

Teqlər