İyul 17, 2020 19:45 Asia/Baku
  • ATƏT PA: Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər

 “Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını təhlükə altına ala bilər”.

SəhərAzəri “Report”-a istinadla xəbər verir, bu barədə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatda deyilir.

O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.  

G.Tsereteli tərəfləri vəziyyətin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Bu gün təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır”.

 

Teqlər