Ermənistanda koronavirusdan ölənlərin sayı 631 nəfərə çatıb
İyul 18, 2020 21:59 Asia/Baku
Son sutka ərzində Ermənistanda daha 461 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 34 min 462 nəfərə yüksəlib.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, ölkədə pandemiyadan ölənlərin sayı 631-ə çatıb, onların da 11 nəfəri son 24 saat ərzində dünyasını dəyişib.
Hazırda Ermənistanda 10 min 507 aktiv koronavirus xəstəsi var.