Gürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölüb
İyul 19, 2020 23:27 Asia/Baku
Gürcüstanın İmereti bölgəsində orta yaşlı kişi Krım-Konqo qızdırmasından ölüb.
SəhərAzəri Report-a istinadla xəbər verir ki, ölüm faktı bir neçə gün bundan öncə qeydə alınıb.
Vəfat edən şəxs Tsxaltubo sakini olub. İnfeksiyanın mənbəyi hələ məlum deyil.
Krım-Konqo qızdırma xəstəliyinin İmereti bölgəsi üçün nadir olduğu bildirilir.