İyul 20, 2020 10:19 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 11 yoluxma halı qeydə alınıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 039 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 687 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 900 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Teqlər