İyul 20, 2020 22:58 Asia/Baku
  • Kadırov adının ABŞ-da qara siyahıya salınmasına reaksiyalar

Ramazan Kadırov öz adının ABŞ-ın qara siyahısına salınmasına cavab olaraq deyib: “Biz müharibəni qəbul edirik”.

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Çeçenistan lideri Ramzan Kadyrov, ABŞ-ın onun özü, həyat yoldaşı və qızını "qara siyahıya" daxil etməsinə cavab olaraq deybi: "Müharibəni qəbul edirik, bundan sonra vəziyyət daha maraqlı olacaq."
Rusiya Xarici İşlər Nazirliyi də Ramazan Kadırovun ABŞ-ın qara siyahısına daxil edilməsinə reaksiya göstərdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik-ə açıqlamasında ABŞ Dövlət Departamentinin Ramazan Kadırovu insan hüquqlarının pozulmasına görə qara siyahıya salma qərarına cavab verməyin çətin olmasına baxmayaraq,  Rusiya rəsmilərinin buna cavab verəcəyini bildirib.
Zaxarova əlavə olaraq deyib: "Mütənasib cavab çətin olacaq, amma biz ciddi reaksiya verəcəyik".
Eyd edək ki, ABŞ Dövlət Departamenti Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun adını "qara siyahı"ya salıb. Bundan əvvəl də ABŞ Maliyyə Nazirliyi tərəfindən R. Kadırova sanksiya tətbiq edilib.

Teqlər