İyul 22, 2020 10:15 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 070-i ötdü

Gürcüstanda son sutkada koronavirusa 24 yeni yoluxma halı təsdiqlənib.

SəhərAzəri mediaya istinadla xəbər verir, bu barədə Gürcüstanin İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, Gürcüstanda indiyədək COVID-19 aşkarlananların sayı 1 073-ə çatıb. Həmin şəxslərin 907-si sağalaraq evə buraxılıb, 16-sı isə vəfat edib. 150 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Hazırda Gürcüstan üzrə karantində 5 692, stasionar nəzarətdə isə 275 nəfər saxlanılır.

Teqlər