Gürcüstanda koronavirusa yoluxanların sayı 1131 nəfərə çatıb
İyul 26, 2020 10:31 Asia/Baku
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 14 yoluxma halı qeydə alınıb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6183 nəfər karantində saxlanılır, 302 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 920 nəfərin sağaldığı, 16 nəfərin vəfat etdiyi bildirilir.
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1131 nəfərə çatıb.