Ermənistanda koronavirusdan ölənlərin sayı 711-ə yüksəldi
https://azeri.sahartv.ir/news/qafqaz-i365170-ermənistanda_koronavirusdan_ölənlərin_sayı_711_ə_yüksəldi
Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2020 06:36 Asia/Baku
  • Ermənistanda koronavirusdan ölənlərin sayı 711-ə yüksəldi

Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 390-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 711-ə çatıb. İndiyədək 26 665 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 793 aktiv koronavirus xəstəsi var.