Fransalı millət vəkili erməni hərbçilərinin xatirəsini hörmətlə yad etdi
https://azeri.sahartv.ir/news/qafqaz-i365202-fransalı_millət_vəkili_erməni_hərbçilərinin_xatirəsini_hörmətlə_yad_etdi
Fransalı millət vəkili erməni həbçilərinin xatirəsini hörmətlə yad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2020 02:20 Asia/Baku
  • Fransalı millət vəkili erməni hərbçilərinin xatirəsini hörmətlə yad etdi

Fransalı millət vəkili erməni həbçilərinin xatirəsini hörmətlə yad edib.

SəhərAzəri Armen.Press-ə istinadla xəbər verir, Fransa parlamentinin üzvü Valeri Boyer Tovuz cəbhəsində Ermənistanla Azərbaycan arasında baş vermiş son toqquşmalardan danışarkən deyib: "Mən sərhəd döyüşləri zamanı həyatlarını itirmiş Ermənistan ordusunun hərbi qulluqçularının xatirəsini dərin hüzünlə yad edir və onların ruhu qarşısında baş əyirəm."

Xanım Boyer qeyd edib ki, həlak olmuş  Ermənistan hərbçiləri üçün Marsel şəhərindəki "Müqəddəs Tərcüməçilər" kilsəsində anım mərasimi keçirilib. 

Fransalı deputat facebook səhifəsindəki paylaşımında həmçinin Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edib.  

Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi son döyüşlər zamanı 6 hərbi qulluqçusunu itirdiyini bildirir.