Avq 06, 2020 15:48 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 206 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 206 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 071 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 987 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Teqlər