Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i365663-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1_213_nəfərə_çatıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 05:57 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 680 nəfər karantində saxlanılır, 333 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.