Avq 07, 2020 10:27 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 213 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 680 nəfər karantində saxlanılır, 333 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 994 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

 

Teqlər