Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı
https://azeri.sahartv.ir/news/qafqaz-i365850-ermənistanda_koronavirusa_yoluxanların_sayı_40_794_ə_çatdı
Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 06:31 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 794-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. İndiyədək 33 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 262 aktiv koronavirus xəstəsi var.