Gürcüstanda koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qafqaz-i365851-gürcüstanda_koronavirusa_yoluxanların_sayı_1_278_nəfərə_çatıb
Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 05:38 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb

Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma faktı təsdiqlənib, 4 pasiyent sağalıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 278 nəfərə, sağalanların sayı isə 1 058 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı isə 17-dir.

Hazırda Gürcüstan üzrə 7 279 nəfər karantində, 279 nəfər isə tibbi nəzarətdə saxlanılır.