Gürcüstanda daha 5 nəfər koronavirusa yoluxdu
https://azeri.sahartv.ir/news/qafqaz-i365930-gürcüstanda_daha_5_nəfər_koronavirusa_yoluxdu
"Son 24 saat ərzində ölkə üzrə koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 07:00 Asia/Baku
  • Gürcüstanda daha 5 nəfər koronavirusa yoluxdu

"Son 24 saat ərzində ölkə üzrə koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb".

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi rəhbəri, Marina Ezuqbaia açıqlama verib.

Tibb rəhbəri bildirib ki, yoluxanlardan ikisi Mestiyanın Lenceri kəndindəndir:“Son 24 saat ərzində Gürcüstanda 5 yeni yoluxma halı ilə birgə 10 nəfər də sağalıb. Yoluxanlardan ikisi karantin rejimində olan Mestiyanın Lenceri kəndindəndir, biri yoluxan şəxslə təmasda olub, digər 2 şəxs isə xaricdən gəlib”, - deyə Ezuqbaia bildirib.

 Gürcüstanda bu günədək ümumilikdə virusa 1,283 yoluxma halı qeydə alınıb, onlardan 1068 nəfəri tam sağalaraq evə buraxılıb. Hal-hazırda ölkə üzrə 198 pasyent koronavirusla əlaqədar müalicə alır.