“Paşinyan hakimiyyətə gələnə qədər Rusiya Ermənistana 50 min ton pulsuz silah verib”
Avq 20, 2020 10:01 Asia/Baku
“Rusiya 2018-ci ilin aprelinə, yəni Paşinyan hakimiyyətə gələnə qədər Ermənistana pulsuz olaraq 50 min ton silah verib”.
SəhərAzəri xəbər verir, Bu barədə Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.
O 2010-cu ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedevlə imzalanan müqaviləyə əsasən, Rusiyanın Ermənistan sərhədi boyunca məsuliyyəti üzərinə götürdüyünü bildirib.
“Rusiya ilə müqavilə əsasında silahlarımız yenilənməyə başladı. 2018-ci ilin aprelinə qədər Rusiya hərbi-texniki əməkdaşlıq çərçivəsində bizə 50 min ton silah-sursat verib. “İsgəndər”, “Toçka-U” və sair silahlar bu siyahıya daxil deyil”.