Daha bir deputat koronavirusa yoluxdu - Gürcüstanda
https://azeri.sahartv.ir/news/qafqaz-i367210-daha_bir_deputat_koronavirusa_yoluxdu_gürcüstanda
Gürcüstanda daha bir deputat koronavirusa yoluxub
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 11:52 Asia/Baku
  • Daha bir deputat koronavirusa yoluxdu - Gürcüstanda

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

Səhər Azəri bildirir ki, Gürcüstan parlamentinin deputatı Gedevan Popxadze koronavirusa yoluxub. 

Məlumata görə, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edən millət vəkilinin COVİD-19 analizinin cavabı müsbət olub.

Qeyd edək ki, bir neçə gün öncə  parlamentin digər üzvü Levan Qoqiçaişvilinin də koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Hər iki deputatın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.