Sen 28, 2020 09:21 Asia/Baku
  • Avropa İttifaqı Qarabağ bölgəsində toqquşmaların baş verməsindən narahatlıq ifadə edib

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Azərbaycan Respublikası və Ermənistanı döyüş əməliyyatlarını dərhal dayandırmağa, atəşkəsə ciddi riayət etməyə və heç bir ilkin şərt qoyulmadan danışıqlara başlamağa çağırıb.

SəhərAzəri xəbər verir, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bazar günü iki ölkə arasında fikir ayrılıqlarını həll etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mövcudluğuna toxunaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan Respublikası və Ermənistanın heç bir ilkin şərt qoyulmadan danışıqlara qayıtmasının zəruriliyini vurğulayıb".

Cozep Borrel Dağlıq Qarabağda gərginliyin narahatedici və bölgədə sabitliyə zərbə kimi dəyərləndirib.

Dünya Katoloklərinin rəhbri Roma Papası Fransisk də münaqişə tərəflərini problemin həlli üçün xoşməramlılıq göstərməy çağırıb. 

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də İrəvan Və Bakı arasında dərhal və heç bir ilkin şərt qoyulmadan danışıqların başlanmasına çağırıb.

Teqlər