Emənistan Dağlıq Qarabağda atəşkəs üçün şərt irəli sürüb
Ermənistanın baş naziri Türkiyənin Cənubi Qafqaz bölgəsindən çıxmasını Dağlıq Qarabağ bölgəsində atəşkəs üçün şərt kimi irəli sürüb.
SəhərAzəri "Ria Novosti"yə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Kanadanın "The Globe and Mail" qəzetinə verdiyi müsahibədə iddia edib ki, hazırda Yaxın Şərq regionundan olan Türkiyənin dəstəklədiyi terrorçular Ermənistan hərbçilərinə qarşı Azərbaycan qüvvələrinin kənarında döyüşməkdədirlər.
Ermənistanın baş naziri, həmçinin cümə günü də rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərəkətlərinə xatir, Türkiyənin ATƏT-in Minsk qrupuna üzvlüyünün dayandırılmasına çağırıb.
Ermənistan dəfələrlə Türkiyəni Azərbaycan Respublikasına hərbi yardım göstərməkdə və münaqişədə iştirak etməkdə günahlandırıb, Lakin Bakı rəsmiləri bu iddiaları rədd ediblər. Buna baxmayaraq, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı gərginlik və sərhəd toqquşmalarından sonra Ankara Bakının yanında olduğunu və istənilən yardımdan çəkinməyəcəyini bildirib.