Okt 14, 2020 16:22 Asia/Baku
  • Lavrov:

"Müvafiq mesajı mən təxminən yarım saat əvvəl Azərbaycan XİN rəhbəri ilə danışığım zamanı təkrarladım. Bu siqnalı biz erməni həmkarlarımıza da göndəririk. Hesab edirəm ki, hazırda bu, davamlı atəşkəs üçün açardır"

SəhərAzəri Sputnik.Az-a istinadla xəbər verir, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya KİV-lərinə müsahibəsində bildirib.

"Təbii ki, Sergey Şoyqu da bizə qoşulurdu. Çünki atəşkəsin elan olunması məsələsi atəşkəsə nəzarət mexanizmi olmayacağı təqdirdə kifayət olmayacaqdı. Razılaşdırılmış sənədin ikinci bəndi də məhz bunu nəzərdə tutur. Son günlər mən bir neçə də Bakı və Yerevanda olan həmkarlarımla əlaqə saxladım. Sergey Şoyqu da həmin şeyi etmişdi, o, hər iki ölkənin müdafiə nazirləri ilə əlaqə saxlamışdı. Prezident də münaqişə tərəflərinin liderləri ilə görüşdü. Bizim əsas mesajımız bundan ibarətdir ki, hərbçilər xətti üzrə dərhal görüşmək və sənəddə nəzərdə tutulan atəşkəs rejimi haqda mexanizmi razılaşdırmaq lazımdır. Yeri gəlmişkən, bunu hələ ki heç kim müzakirə etməyə başlamayıb. Müvafiq mesajı mən təxminən yarım saat əvvəl Azərbaycan XİN rəhbəri ilə danışığım zamanı təkrarladım. Bu siqnalı biz erməni həmkarlarımıza da göndəririk. Hesab edirəm ki, hazırda bu davamlı atəşkəs üçün açardır", - deyə Lavrov qeyd edib.

Teqlər