Dağlıq Qarabağ münaqişəsi;
Rusiya Türkiyənin Dağlıq Qarabağdakı siyasəti ilə müxalifəti
Lavrov deyib: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi ehtimalı ilə bağlı Türkiyənin fikirləri ilə razı deyilik. Türkiyə şəffaf hərəkət etməlidir.
SəhərAzəri xəbər verir, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bir sıra Rusiya KİV-nə müsahibəsində bildirib, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi ehtimalı ilə bağlı Türkiyənin fikirləri ilə razı deyilik. Türkiyə Dağlıq Qarabağ məsələsində şəffaf hərəkət etməlidir.
Lavrov qeyd edib: "Hesab edirəm ki, bu kədərli hadisələr meydanda təhlükəsizlik məsələsinin həllinə də paralel olaraq siyasi prosesi aktivləşdirməyə kömək etməlidir.
Təbii ki, siyasi nizamlama mümkündür. Həmsədrlərin üzərində işlədiyi və hazırda da işləməyə davam etdiyi təkliflər masada qalır. Bu, Qarabağın son statusunun müəyyən olunmasınadək Qarabağın təhlükəsizliyinin, Ermənistanla Qarabağ arasında etibarlı əlaqənin təminatı gözlənilməklə Qarabağın ərtafındakı rayonların mərhələli, tədricən azad olunmasıdır"