Qarabağ münaqişəsində İrəvan hərbçilərindən 633 nəfər həlak olub
Ermənistan rəsmiləri münaqişəli Qarabağ bölgəsində bu ölkə hərbçilərindən 633 nəfərin öldüyünü bildiriblər.
SəhərAzəri xəbər verir, Röyters-in məlumatına görə, Ermənistan ordusu cümə günü bir bəyanat yayaraq, Azərbaycan hərbçiləri ilə toqquşmada daha 29 nəfərin ölümü ilə, Azərbaycan Respublikası ilə qarşıdurmanın başlandığı gündən bəri Ermənistan ordusunun itki sayının 633 nəfərə çatdığını bildirib.
Qarabağ münaqişəsində ən yüksək itki 1990-cı ildə qeydə alınıb və təxminən 30 min nəfər olubdur.
Eyni zamanda Ermənistan ordusu, Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus bir helikopteri raketlə hədəfə alaraq, məhv etdiyini iddia edib.
Azərbaycan Respublikası ilə Ermənistan hərbçiləri arasında qarşıdurma sentyabrın 27-də səhər saatlarında başlayıb və indiyədək, hər iki tərəfdən bir sıra qüvvələr yaralanıb və ya ölübdür.