Okt 19, 2020 08:46 Asia/Baku
  • Ermənistan Gəncəyə hücumunu təkzib edib

Ermənistan Gəncə şəhərinə qarşı raket hücumunu və bu şəhərin dinc sakinlərini qırmasını təkzib edib.

SəhərAzəri xəbər verir, Ermənistan müdafiə nazirliyi bir açıqlamada bildirib ki, Gəncə şəhərindəki mülki məntəqələrə qarşı heç bir hücum həyata keçirilməyibdir.

Belə bir halda, Azərbaycan Respublikası şənbə günü təsvir və faktlar təqdim edərək, bildirdi ki, Ermənistan ordusunun Gəncə şəhərinə qarşı raket hücumunda on üç mülki ölüb, 48 nəfər isə yaralanıbdır.

Bakı bu hücumu bəşəriyyətə qarşı cinayət adlandırıb və Yerevanın hərəkətlərinə qarşı beynəlxalq reaksiyanın göstərilməsini istəyib.

Həmçinin digər bir xəbərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov bildiribdir ki, bu ölkənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətləri atəşkəsin yenidən elan olunmasından sonra dəfələrlə Ermənistanın artilleriya və mərmi hücumlarına məruz qalıblar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü xəbərdarlıq edibdir ki, əgər Ermənistan hərbçiləri atəşkəsə məhəl qoymadan bir daha Qarabağ bölgəsindəki əməliyyat məntəqələrində gərginlik yaratmağa cəhd edərlərsə, Azərbaycan Respublikası ordusunun sərt cavabı ilə üzləşəcəklər.

Münaqişəli Qarabağ bölgəsində İrəvan ilə Bakı arasındakı atəşkəs razılaşmasından sonra bu bölgədə tərəflər arasında döyüşlər davam və iki ölkə bir-birini onu pozmaqda ittiham edir.

Teqlər