Okt 19, 2020 14:55 Asia/Baku
  • Borrel Qarabağda qeyd-şərtsiz atəşkəsə təkid edib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Qarabağ bölgəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında qeyd-şərtsiz atəşkəsin bərqərar edilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Cozep Borrel bildiribdir ki, o, Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan ilə telefon söhbətlərində hər iki tərəfi mülkilərə qarşı hücumları dərhal dayandırmağa təşviq edibdir.

Borrel söyləyib: Avropa Birliyi və ATƏT Qarabağ münaqişəsi üçün həll yoluna nail olmaq sahəsində Azərbaycan Respublikası ilə Ermənistana kömək etməyə hazır olmaqda davam edirlər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi daha sonra Qarabağ bölgəsində atəşkəsin pozulmasından təəssüf ifadə və qeyd edibdir ki, bu bölgədə döyüşlərin davam etməsi mülkilərin əzablarının və münaqişələrin şiddətlənməsinə bais olacaqdır.

Azərbaycan Respublikası ilə Ermənistan arasında döyüşlər sentyabrın 27-si səhər tezdən bərpa edilib və indiyədək tərəflərdən bir qrupunun ölümünə bais olubdur.

Teqlər