Emmanuel Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib
https://azeri.sahartv.ir/news/qafqaz-i368778-emmanuel_makron_ermənistan_prezidenti_ilə_dağlıq_qarabağdakı_vəziyyəti_müzakirə_edib
Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2020 12:49 Asia/Baku
  • Emmanuel Makron Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Ermənistan Prezidenti Armen Sarkisyan və fransalı həmkarı Emmanuel Makron cümə günü Yelisey Sarayında keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan prezident aparatının mətbuat xidməti məlumat verib.

Bildirilir ki, danışıqlar zamanı Sarkisyan və Makron əldə olunmuş atəşkəs razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

“Onlar münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolunu qeyd ediblər və ən qısa müddətdə Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağın vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.