Gürcüstanın Müdafiə Nazirliyi Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib
https://azeri.sahartv.ir/news/qafqaz-i369076-gürcüstanın_müdafiə_nazirliyi_qurani_kərimi_gürcü_dilinə_tərcümə_etdirib
Gürcüstanın Müdafiə Nazirliyi müsəlman hərbçilər üçün Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2020 08:19 Asia/Baku
  • Gürcüstanın Müdafiə Nazirliyi Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib

Gürcüstanın Müdafiə Nazirliyi müsəlman hərbçilər üçün Qurani-Kərimi gürcü dilinə tərcümə etdirib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki,bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi hacı Ramin İgidov məlumat verib.

Onun sözlərinə görə, GMİ ilə əməkdaşlıq çərçivəsində çap olunan kitabı ərəb dilindən gürcü dilinə idarənin əməkdaşı, ilahiyyatçı Rezo Mikeladze çevirib.

GMİ bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.

R.İgidov deyib ki, 5 il bundan öncə Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namaz, həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.