Noy 01, 2020 17:43 Asia/Baku
  • Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb.

 SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Məni heç bir vəzifə, həmçinin Gürcüstanın baş naziri vəzifəsi də maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir, yaxın günlərdə fiziki olaraq harada olacağım barədə məlumat verəcəm”, - deyə Saakaşvili qeyd edib.

M.Saakaşvilinin sözlərinə görə, müxalifət hökuməti formalaşdırmaq üçün Gürcüstan xalqı üçün məqbul olan şəxsləri tapmalıdır.

Qeyd edək ki, Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi bu ilin sentyabrın əvvəlində sabiq prezidenti hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürmüşdü.

Teqlər