Noy 05, 2020 09:13 Asia/Baku
  • Ermənistan Şuşa-Laçın yolunu bağlayıb

Şuşa-Laçın yolu erməni mülki vətəndaşlar üçün qapadılıb.

SəhərAzəri Azərbaycan KİV-lərinə istinadla xəbər verir ki, Qondarma Dağlıq Qarabağ Respublikasının "müdafiə nazirliyi"nin yaydığı bəyanatda , sözügedən istiqamətdəki yolların erməni mülki şəxslərin təhlükəsizliyini təmin etmək və yolun ətrafında Azərbaycan Ordusunun diversiya qrupunun olması səbəbindən bağlandığı bildirilib.

Lakin Azərbaycan tərəfi bu yolların erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi şəkildə köçmələrinin qarşısını almaq məqsədilə bağlandığını bəyan edib.

Bu hadisədən bir gün əvvəl separatçıların lideri Araik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsini elan edib və Qarabağdan qaçan "vəzifəli" şəxslər barədə cinayət işinin açılması barədə qərar verdiyini açıqlamışdı.

Həmçinin, Laçın dəhlizinin bağlanması qərarından az əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin "prezident administirasiyası" İrəvana köçürülüb. “Novosti Armeniya” saytının məlumatına görə, bu  barədə açıqlamanı yenə də separatçıların başçısı Arayik Arutunyan verib. O, bildirilib ki, onlar fəaliyyətini Ermənistan Respublikasında davam etdirəcəklər.

Qeyd edək ki, Qarabağı Ermənistanla bağlayan Kəlbəcər-Basarkeçər yolu Azərbaycan Respublikası ordusunun apardığı hərbi əməliyyatların ilk günlərindən qapadılıb.

Teqlər