Noy 05, 2020 10:35 Asia/Baku
  • Putin Qarabağla bağlı yeni bəyanat verdi

Rusiya prezidenti bildirib ki, onun ölkəsi Cənubi Qafqazda münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi edir.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir, Vladimir Putin deyib: "Rusiya Federasiyası Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycanla əlaqədədir. Rəsmi Moskva ümid edir ki, bütün tərəfləri qane edəcək nəticələrə nail olmaq mümkün olacaq. Və Rusiya Cənubi Qafqazda münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi edir.

Onun sözlərinə görə, Qarabağdakı vəziyyət silaha əl atmadan dinc yolla həll etmək mümkün idi.

Qeyd edək ki, Rusiyanın ikinci Qarabağ müharibəsində neytral mövqe sərgiləməsi Ermənistan üçün gözlənilməz olub. Erməni rəsmilər Azərbaycanın hücuma keçəcəyi təqdirdə, Rusiyanın bunu əngəlləyəcəyini düşünürdülər. Lakin onların bu proqnozu özünü doğrultmadı və Rusiya dövlət başçısı son günlər Ermənistan baş nazirinin məktubuna cavabda bildirdi ki, müharibənin yalnız Ermənistan ərazisinə keçəcəyi təqdirdə bu dövlət öz öhdəliklərini yerinə yetirəcək və müttəfiqinin müdafiəsinə qalxacaqdır. Bu məövqe rəsmi İrəvanı qane etmir. 

Teqlər