Ermənistanın Qarabağda atəşkəsin bərqərarına təmayülü
Ermənistan prezidenti bir müsahibədə ölkəsinin atəşkəsin bərqərarı və Azərbaycan Respublikası ilə müzakirələrin başlanmasına təmayülündən xəbər verib.
SəhərAzəri xəbər verir, Armen Sarkisyan deyib ki, əgər xarici qüvvələr Qarabağ savaşına qarışmasaydılar, Azərbaycan Respublikası ilə Ermənistan arasında indiyədək atəşkəs bərqərar olmuşdu.
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan da bu ölkə parlamentinin üzvlərilə görüşdə Qarabağ savaşına son qoymaq üçün beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə həmkarlıqların davam etdirilməsi vacibiliyini vurğulayıb.
Belə bir halda, Ermənistan müdafiə nazirliyi sözçüsünün bildirdiyinə görə, bu gün səhərdən Laçın rayonu ətrafında Azərbaycan Respublikası və Ermənistanın hərbi qüvvələri arasında başlanan döyüşlər davam edir.
Laçın Ermənistanı Qarabağa qovuşdurur.
Bundan öncə Azərbaycan Respublikasının prezidenti bildirmişdi ki, erməni qüvvələrin ölkəsinin işğal olunmuş ərazilərindən çıxacaqları təqdirdə, hərbi əməliyyatlara son qoyulacaqdır.