Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb
https://azeri.sahartv.ir/news/qafqaz-i369247-gürcüstanın_milli_valyutası_kəskin_ucuzlaşıb
Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2020 11:11 Asia/Baku
  • Gürcüstanın milli valyutası kəskin ucuzlaşıb

Gürcüstanın milli valyutası - lari kəskin ucuzlaşıb.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.

Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.

Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.

Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, son günlər larinin ucuzlaşması ölkədəki siyasi gərginliklə əlaqəlidir. Onun sözlərinə görə, radikalizmlə xarakterizə olunan bugünkü siyasi proseslər milli valyutanın məzənnəsinə təsirsiz ötüşə bilməz.

Nazir hazırkı mərhələdə larinin məzənnəsinin tərəddüd etməsi üçün obyektiv şərtlərin mövcud olmadığını vurğulayıb.