Gürcüstanda dövlət çevrilişinə cəhd olub
https://azeri.sahartv.ir/news/qafqaz-i369293-gürcüstanda_dövlət_çevrilişinə_cəhd_olub
Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2020 08:04 Asia/Baku
  • Gürcüstanda dövlət çevrilişinə cəhd olub

Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.

Məlumatda deyilir ki, bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Onlar bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

DTX bununla bağlı araşdırma aparır. Oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işləri davam etdirilir.