Ermənistan rus sülhməramlıların Qarabağda iştirakını istəyib
https://azeri.sahartv.ir/news/qafqaz-i369318-ermənistan_rus_sülhməramlıların_qarabağda_iştirakını_istəyib
Ermənistan baş naziri bu ölkənin və Azərbaycan Respublikasının hərbi qüvvələri arasında atəşkəsin reallaşması üçün rus sülhməramlıların Qarabağda iştirakını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2020 04:00 Asia/Baku
  • Ermənistan rus sülhməramlıların Qarabağda iştirakını istəyib

Ermənistan baş naziri bu ölkənin və Azərbaycan Respublikasının hərbi qüvvələri arasında atəşkəsin reallaşması üçün rus sülhməramlıların Qarabağda iştirakını istəyib.

SəhərAzəri xəbər verir, Nikol Paşinyan dünən Almaniyanın ARD telekanalı ilə müsahibədə bildiribdir ki, Rusiya Cənubi Qafqazda iştirak edir və bu bölgəni yetərincə tanıyır.

O, deyib: İrəvan bu qənaətdədir ki, rus sülhməramlıların Qarabağ münaqişəsi bölgəsində yerləşmələri olduqca təsirli ola bilər.

Kremlin sözçüsü Dmitri Peskov da bundan öncə bildirmişdi ki, Azərbaycan Respublikası və Ermənistanın razılığı şərtilə Moskva öz sülhməramlı qüvvələrini Qarabağdakı döyüş bölgəsinə göndərə bilər.