Ermənistan prezidenti: Heç nədən xəbərim yox idi, mətbuatdan öyrəndim
https://azeri.sahartv.ir/news/qafqaz-i369417-ermənistan_prezidenti_heç_nədən_xəbərim_yox_idi_mətbuatdan_öyrəndim
Ermənistan prezidenti Dağlıq Qarabağla bağlı saziş haqda KİV-dən öyrəndiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 09:35 Asia/Baku
  • Ermənistan prezidenti: Heç nədən xəbərim yox idi, mətbuatdan öyrəndim

Ermənistan prezidenti Dağlıq Qarabağla bağlı saziş haqda KİV-dən öyrəndiyini bildirib.

SəhərAzəri xəbər verir, Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağla bağlı saziş barədə KİV-dən öyrəndiyini və hər hansı bir müzakirələrdə iştirak etmədiyini bildirib.

Sarkisyan qeyd edib: "Rusiya və Azərbaycan prezidentlərinin Qarabağ müharibəsinin bitməsi barədə bəyanatı imzalamasından mətbuatdan öyrəndim. Müharibənin bitmə şərtləri barədə mətbuatdan öyrəndim".

Onun sözlərinə görə, ölkə prezidenti olaraq bu sənədlə bağlı onunla hətta məsləhətləşmə və müzakirə aparılmayıb.