Noy 11, 2020 18:47 Asia/Baku
  • İrəvanda anti-hökumət etirazçıları həbs olunublar

Ermənistan polisi çərşənbə günü İrəvanda keçirilən etiraz aksiyasında 79 etirazçının həbs olunmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Polis bildiribdir ki, yerli vaxtla çərşənbə günü saat 13-30 dəqiqəyədək Ermənistanın Qarabağ münaqişəsi barədə Azərbaycan Respublikası ilə son razılaşmasına qarşı çıxan 79 etirazçı həbs olunubdur.

Polis bundan öncə etirazçıları bu etiraz aksiyasına son qoymağa çağırmışdı.

Rusiyanın ikinci dövlət telekanalı isə bildiribdir ki, Ermənistan hökuməti ilə müxalif olanlar İrəvanın Respublika meydanında, baş nazirlik binasının qarşısında aksiya keçiriblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə şüarlar səsləndiriblər.

Sayı bir neçə min nəfərə çatan erməni etirazçıların əllərində Paşinyanın istefasını tələb, Qarabağ sülh razılaşmasını isə rədd edən şüarlar yazılmış plakatlar olubdur.

Teqlər