Makronun Qarabağ münaqişəsinə müdaxiləsi
Noy 13, 2020 19:38 Asia/Baku
Fransa prezidenti müdaxilə mahiyyətli bir hərəkətdə Qarabağ münaqişəsində Ermənistana dəstək verib.
SəhərAzəri xəbər verir, Yelisey sarayı bu gün səhər tezdən bir bəyanatda bildiribdir ki, Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nİkol Paşinyana Qarabağ münaqişəsində bu ölkəni himayə edəcəyini vəd edib.
Bəyanatda sonra deyilir ki, Makron Qarabağ münaqişəsinə müdaxilə mahiyyətli sözlərinin davamında Parisin bu münaqişənin bütün tərəfləri üçün qəbulediləsi, daha müvazinətli, ədalətli və daha stabil siyasi həll yoluna nail olmağa kömək etməyə hazır olduğunu bildiribdir.
Qarabağ bölgəsində yeni atəşkəs Moskva vaxtı ilə noyabrın onu səhər tezdən qüvvəyə minibdir.