Putin Əliyev və Paşinyanla Qarabağ razılaşması haqda telefonla danışıb
Rusiya prezident administrasiyası bu ölkə prezidentinin Ermənistanın baş naziri və Azərbaycan Respublikasının prezidenti ilə Qarabağ razılaşması haqda telefonla danışdığını bildirib.
SəhərAzəri xəbər verir, Kreml dünən gecə bildiribdir ki, Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla telefon əlaqəsində qeyd olunan razılaşmanın icarsı barədə söhbət edibdir.
Kremlin bəyanatına əsasən, Dağlıq Qarabağ bölgəsində döyüşən hər iki tərəf həmin bölgədə atəşkəs razılaşmasının icrasına nəzarətdən razılıq edibdir.
Rusiya prezidenti bu telefon söhbəti zamanı Azərbaycan Respublikasının nəzarəti altında olan bölgələrdə müqəddəs xristian məkanlarının qorunmasının önəminə təkid edibdir.
Qarabağ döyüş bölgəsində düşmənçiliklərin tam şəkildə aradan qaldırılması və tam atəşkəsin reallaşması üzrə Qarabağ sülh razılaşması yerli vaxtla noyabrın onu səhər tezdən Azərbaycan Respublikasının prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti tərəfindən imzalanıbdır.