Paşinyana qarşı sui-qəsd zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/qafqaz-i369586-paşinyana_qarşı_sui_qəsd_zərərsizləşdirilib
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildiribdir ki, bu ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd planı aşkar edilərək, zərərsizləşdirilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2020 06:26 Asia/Baku
  • Paşinyana qarşı sui-qəsd zərərsizləşdirilib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildiribdir ki, bu ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd planı aşkar edilərək, zərərsizləşdirilibdir.

SəhərAzəri xəbər verir, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan hökumət başçısına qarşı sui-qəsd hazırlamaqda və dövlət çevrilişinə cəhddə şübhəli bilinərək saxlanılıbdır.

Müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyanın öz evində çox sayda silah-sursat və partlayıcı maddə saxladığı deyilir.

Azərbaycan Respublikası və Ermənistanın ötən həftənin çərşənbə axşamı günü Rusiyanın nəzarətilə Dağlıq Qarabağda müharibənin dayandırılması barədə olan və üç ölkənin dövlət başçısı tərəfindən imzalanan razılaşmasının ardınca Ermənistanın bəzi şəhərlərində, o sıradan paytaxt İrəvanda bu ölkənin baş nazirinə qarşı etirazlar formalaşdı.

Paşinyan həmin razılaşmanın imzalanmasından sonra xəyanətdə, yalançılıqda və Dağlıq Qarabağda eməni qüvvələri qırğın etməkdə ittiham edilibdir.