Ermənistanın Baş naziri bildirib;
Yüzlərlə erməni əsgəri hələ də itkindir
Ermənistanın Baş naziri bazar ertəsi günü Dağlıq Qarabağ münaqişəsinin son dərəcə artması nəticəsində yüzlərlə erməni əsgərinin hələ itkin olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Nikol Paşinian, bir onlayn mətbuat konfransı zamanı qeyd edib: "Bu itkin qüvvələrin bəzilərini diri tapacağımıza ümid edirik. Dünən ölü və itkin siyahısında olan əsgərlərimizdən birini yaralı tapdıq."
Paşinian, bu günə olan məlumata görə, Ermənistanın döyüşlərdə 2400 hərbçi itirdiyini açıqlayaraq vurğulayıb ki, milli matəm gününün meyitlərin tapılıb tanınması prosesi başa çatdıqdan sonra elan edilməsi mümkündür.
Paşinian əlavə edib ki, Ermənistanla Azərbaycan Respublikası arasında məhbus mübadiləsi, iki tərəf son toqquşmalarda ölənlərin hamısının cəsəd mübadiləsini tamamladıqdan sonra başlayacaq.