Giorgi Qaxariyanın adı Gürcüstanda yenidən baş nazir postuna irəli sürülüb
https://azeri.sahartv.ir/news/qafqaz-i369668-giorgi_qaxariyanın_adı_gürcüstanda_yenidən_baş_nazir_postuna_irəli_sürülüb
Gürcüstanda 10-cu çağırış parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin baş naziri postuna Giorgi Qaxariya nəzərdə tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2020 07:01 Asia/Baku
  • Giorgi Qaxariyanın adı Gürcüstanda yenidən baş nazir postuna irəli sürülüb

Gürcüstanda 10-cu çağırış parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin baş naziri postuna Giorgi Qaxariya nəzərdə tutulub.

SəhərAzəri xəbər verir, bunu hakim “Gürcü Arzusu” partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze deyib. Bildirib ki, partiya hazırkı Baş nazir G.Qaxariyanın növbəti hökumətə də rəhbərlik etməsini planlaşdırır.

Qeyd edək ki, daha əvvəl ədliyyə naziri Tea Tsulukianinin ölkənin növbəti baş nazir olacağı barədə xəbərlər yayılmışdı.