Putin: Dağlıq Qarabağ bölgəsindəki vəziyyət hələ məlum deyil
Rusiya prezidenti vurğulayıb ki, Ermənistanla Azərbaycan Respublikası arasındakı münaqişəli Dağlıq Qarabağ bölgəsinin yekun vəziyyəti hələ məlum deyildir.
SəhərAzəri xəbər verir, Vladimir Putin dünən axşamçağı Rusiya mediaları ilə müsahibədə Ermənistan-Azərbaycan Respublikası sərhədində yerləşən Dağlıq Qarabağ bölgəsindəki vəziyyətlə bağlı sualın cavabında deyib: Dağlıq Qarabağla bağlı bəhs və ixtilaflar qüvvədə qalır və bu bölgənin yekun statusu hələ müəyyən edilməyibdir; bu anadək hazırkı şəraitin qorunub saxlanılması barədə razılıq əldə olunub.
Vladimir Putin sonra deyib: Dağlıq Qarabağ bölgəsində həyat şəraiti öz təbii axarına qayıtmayanadək bu bölgə üçün yekun sabitlik nəzərdə tutmaq olmaz.
Rusiya prezidenti son vaxtlar Dağlıq Qarabağ bölgəsindəki gərginlik zamanı minlərlə nəfərin ölməsi və yaralanmasına toxunaraq deyib: Qarabağ sülh razılaşmasının ən mühüm maddəsi, xalqın həyatının qorunması idi ki, o da bu günə qədər həyata keçibdir.
Qarabağ sülh razılaşması tam atəşkəsin reallaşması və bütün düşmənçiliklərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası prezidenti, Ermənistan baş naziri və Rusiya prezidenti tərəfindən Moskva vaxtı ilə noyabrın onunda səhərçağı imzalandı və icrası qüvvəyə mindi.