Ermənistanın yeni xarici işlər naziri təyin olunub
https://azeri.sahartv.ir/news/qafqaz-i369731-ermənistanın_yeni_xarici_işlər_naziri_təyin_olunub
Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2020 15:18 Asia/Baku
  • Ermənistanın yeni xarici işlər naziri təyin olunub

Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

SəhərAzəri xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” yayıb. Məlumata əsasən, Ara Ayvazyan xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, A. Ayvazyan daha əvvəl Ermənistanın Litva, Latviya və Estoniyada səfiri vəzifəsində çalışıb. Bundan sonra o, Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala və Panamada səfiri olub. Ermənistan prezidentinin fərmanı ilə A. Ayvazyan İrəvana çağırılıb. Bu il oktyabrın 16-da Baş nazir Nikol Paşinyan A. Ayvazyanı xarici işlər nazirinin müavini təyin edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan istefa verib.