Son müharibədə Ermənistan hərbçilərinin tələfatı ağır olub
https://azeri.sahartv.ir/news/qafqaz-i369789-son_müharibədə_ermənistan_hərbçilərinin_tələfatı_ağır_olub
Ermənilər Qarabağda itkiləri ilə bağlı yeni siyahı dərc ediblər
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 20, 2020 06:59 Asia/Baku
  • Son müharibədə Ermənistan hərbçilərinin tələfatı ağır olub

Ermənilər Qarabağda itkiləri ilə bağlı yeni siyahı dərc ediblər

SəhərAzəri xəbər verir, Ermənistan səhiyyə naziri Arsen Torosyan Qarabağda baş verən müharibə zamanı 2425 erməni hərbçinin öldüyünü təsdiqləyib.

Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi əks-hücum əməliyyatı zamanı itkilərini etiraf etməyə davam edir. Ermənistan daha 23 hərbçisinin öldüyünü etiraf edir.

Xatırladaq ki, ötən gün Ermənistan səhiyyə naziri Arsen Torosyan Qarabağda baş verən müharibə zamanı insan tələfatının ağır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, 250 hərbçinin şəxsiyyəti müəyyənləşdirilir.