Noy 27, 2020 11:20 Asia/Baku
  • Putin və Paşinyan Dağlıq Qarabağ barədə danışıblar

Ermənistanın baş naziri bu gün (cümə) Rusiya prezidenti ilə telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını gündə bir neçə dəfə davam etdirəcəyini vurğulayıb.

Paşinyan Facebook səhifəsində "Putinlə bir saatda iki dəfə danışdım" yazıb. O əlavə olaraq bildirib: Laçın Dəhlizindəki inkişaflar, məhbus və cəsəd mübadiləsi, sülhməramlıların yaradılması, habelə Dağlıq Qarabağ bölgəsində rabitə yollarının açılması ilə bağlı məsələləri müzakirə etdik.

Bu ayın əvvəlində İrəvan və Bakı mübahisəli bölgədəki altı həftəlik döyüşə son qoyaraq Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəldilər.

Atəşkəs razılaşması Ermənistanın Dağlıq Qarabağın böyük bir hissəsindən çəkilməsinə və bölgədə 1960 nəfərdən ibarət Rusiya sülhməramlı qüvvəsinin yerləşdirilməsinə səbəb oldu.

Bundan əvvəl Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri ilə telefon danışığında iqtisadi məsələlər və bölgədə rabitə yollarının açılması da daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məsələlərə toxunub.

Teqlər