Ermənistan prezidenti hökuməti istefaya çağırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i370221-ermənistan_prezidenti_hökuməti_istefaya_çağırıb
Ermənistan prezidenti Armen Sarkisyan hökuməti istefaya çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2020 11:29 Asia/Baku
  • Ermənistan prezidenti hökuməti istefaya çağırıb

Ermənistan prezidenti Armen Sarkisyan hökuməti istefaya çağırıb.

SəhərAzəri Anadolu  Agentliyinə istinadən xəbər verir, bu barədə o, Moskvada Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşü zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, Ermənistanda erkən seçkilər keçirilməli və texnokratlardan ibarət müvəqqəti milli razılıq hökuməti qurulmalıdır.
Onun sözlərinə görə, bu qədər böyük faciənin baş verdiyi hər bir ölkədə yeganə həll yolu var - buna səbəb olan hökumət getməlidir.