Dek 02, 2020 22:22 Asia/Baku
  • Gürcüstanda milli valyutanın dəyər itirməsi dövlət borcunun artmasına səbəb olub

Gürcüstan milli valyutası larinin dəyər itirməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, dövlət borcunun artmasına da səbəb olub.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir, bu barədə Dövlət Audit Ofisinin Gürcüstanın 2020-ci il dövlət büdcəsinin icrasına dair yaydığı hesabatda deyilir.

Bildirilir ki, larinin xarici valyuta qarşısında ucuzlaşması səbəbindən ölkənin xarici dövlət borcu 2020-ci ilin yanvar-avqust aylarında təxminən 1,8 milyard lari artıb.

Hesabata əsasən, Gürcüstan hökumətinin xarici borcu 8 ayın sonunda 25,5 milyard lariyə yüksəlib.

Dövlət borcunun artması əsasən yeni kreditlər hesabına baş verib və bu artım 67,1 faiz olub. Larinin məzənnəsindəki dəyişmənin təsiri isə 32,9 faiz olub.

Qeyd olunub ki, dövlətin xarici borcunun strukturunda valyutalar baxımından avro ilə alınan kreditlərin həcmi (39,5 faiz) üstünlük təşkil edir ki, bu da 2019-cu ilin sonuna nisbətən 8 faiz çoxdur.

Teqlər